Quraşdırma təlimatları
Tövsiyələr
Köhnə elektriklə işləyən məişət əşyaları
lazımsız tullantı hesab olunmur.
Elektrik məişət əşyalarının hazırlandığı
xammal yenidən istifadə oluna bilər.
Şəxsi məişət əşyalarınızı atmazdan əvvəl
onların sıradan çıxarılması tələb olunur.
Bu məhsul elektron və elektrik
avadanlıqlarının atılması (WEEE) haqqında
2002/96/EC nömrəli Avropa direktivinə
müvafiq şəkildə markalanmışdır.
Bu məhsulun müvafiq yollarla atılmasını
təmin etməklə, Siz ətraf mühitə və insan
sağlamlığına dəyə biləcək potensial neqativ
təsirlərin qarşısını ala bilərsiniz.
Məhsulun
üzərində olan işarə və ya
əlavə sənədlər göstərir ki, bu məhsullar adi
məişət tullantısı kimi davranmaq olmaz və
onun müvafiq şəkildə atılması üçün
sıradan çıxmış məhsulu elektrik və elektron
avadanlıqların qəbulu məntəqəsinə təhvil
vermək lazımdır. Məhsulun sökülmək
üçün təhvil verilməsi tullantıların məhvi
haqqında yerli qanunvericiliyə müvafiq
şəkildə həyata keçirilməlidir. Bu cür
məhsullarla davranma, onların məhvi və
yenidən istehsalı qaydaları haqqında daha
ətraflı məlumat üçün, tullantıların məhvi
üzrə yerli hakimiyyət orqanlarına və ya
həmin məhsulu aldığınız mağazaya
müraciət edin.
Məhsulu aldığınız yerdən və ya yerli
hakimiyyət orqanlarından tullantıların
atılması haqqında mövcud qaydalara dair
məlumat alın.
Aspirator mətbəx dumanının xaricə
verilməsi və ya kirli havanın təmizlənərək
yenidən dövr etməsi rejimində işləmək üçün
təyin edilə bilər.
Aspiratoru yemək bişirilən səthin
üstündə tam mərkəzə quraşdırın.
Aspiratorun aşağı hissəsi ilə yemək
bişirmə səthi arasındakı minimal məsafə,
elektrik piltələrində
50 sm-dən
, təbii qazla
işləyən və ya kombinə piltələrdə isə
65 sm-
dən
az olmamalıdır.
Qaz piltələrinin quraşdırma
təlimatlarında bu məsafə daha da
yüksəkdirsə, lütfən quraşdırma zamanı onu
nəzərə alın.
Sizin yeni məişət cihazınız qoruyucu
kartonda qablaşdırılmışdır.
Bütün qablaşdırma materialları ekoloji
cəhətdən təmizdir və ikinci dərəcəli emala
aiddir.
Lütfən qablaşdırma materialını ekoloji
müdafiə qanunlarına müvafiq şəkildə ataraq
ətraf mühitin qorunmasına öz töhfənizi verin.
Məhsulu aldığınız yerdən və ya yerli
hakimiyyət orqanlarından tullantıların
atılması haqqında mövcud qaydalara dair
məlumat alın.
24