132
Problem
Mümkün səbəb
Həll
Buxar funksiyası Ərp
Təmizləmə prosesini yerinə
yetirənə qədər qeyri-aktiv
edilib.
Buxar funksiyasını bərpa etmək üçün Ərp
Təmizləmə prosesini yerinə yetirin. ("Təmizlik
və baxım" bölməsinə baxın)
Ütüləmənin əvvəlində buxar
tətiyi kifayət qədər uzun
müddət basılmayıb.
Buxar tətiyini buxar çıxana qədər basıb
saxlayın. Buxarın çıxması 30 saniyə çəkə bilər.
Ərp Təmizləmə
düyməsinin işığı yanıb-
sönür və cihaz səs siqnalı
çıxarır.
Bu Ərp Təmizləmə
xatırlatmasıdır.
Ərp Təmizləmə xatırlatması verildikdən sonra
Ərp Təmizləmə prosesini həyata keçirin
(“Təmizlik və baxım" bölməsinə baxın).
Ütü altlığından buxar
çıxmır, Ərp Təmizləmə
düyməsinin işığı yanıb-
sönür və cihaz səs siqnalı
çıxarır.
Siz Ərp Təmizləmə prosesini
yerinə yetirməmisiniz və ya
tamamlamamısınız.
Buxar funksiyasını aktiv etmək üçün Ərp
Təmizləmə prosesini yerinə yetirin ("Təmizlik
və baxım" bölməsinə baxın).
Cihaz söndürüldü.
Cihaz 5 dəqiqədən çox
istifadə edilmədikdə
təhlükəsizlik üçün avtomatik
söndürmə funksiyası
avtomatik olaraq aktivləşir.
Cihazı yenidən aktivləşdirmək üçün yandırın/
söndürün düyməsinə basın. Sonra cihaz
yenidən qızmağa başlayır.
Cihaz yüksək nasos səsi
çıxarır.
Su çəni boşdur.
Su çənini su ilə doldurun və nasos səsi daha
yavaş çıxana və ütü altlığından buxar çıxana
qədər buxar tətiyini basın.
Ütü altlığından su
damcıları tökülür.
Ərp Təmizləmə prosesindən
sonra qalan su altlıqdan
damlaya bilər.
Ütü altlığını quru parça ilə silin. Ərp
Təmizləmə işığı hələ də yanıb-sönürsə və cihaz
hələ də səs siqnalı verirsə, Ərp Təmizləmə
prosesini yerinə yetirin ("Təmizlik və baxım"
bölməsinə baxın).
Ərp Təmizləmə prosesi
tamamlanmayıb.
Siz Ərp Təmizləmə prosesini yenidən yerinə
yetirməlisiniz (“Təmizlik və baxım" bölməsinə
baxın).
Buxardan ilk dəfə istifadə
etdiyiniz və ya uzun müddət
istifadə etmədiyiniz zaman
buxar şlanqda suya çevrilir.
Bu, normaldır. Ütünü paltardan uzaq tutun
və buxar tətiyinə basın. Ütü altlığından su
əvəzinə buxar çıxana qədər gözləyin.
Ütü altlığından çirkli su və
çirk çıxır.
Suda olan çirk və ya kimyəvi
maddələr buxar dəliklərinə
və/yaxud ütü altlığına yığılıb.
Ərp Təmizləmə prosesini mütəmadi olaraq
həyata keçirin (“Təmizlik və baxım" bölməsinə
baxın).
Su ütü altlığından tökülür.
Siz təsadüfən Ərp Təmizləmə
prosesini başlatmısınız
(“Təmizlik və baxım"
bölməsinə baxın).
Cihazı söndürün. Daha sonra yenidən işə salın.
Ütünün "Ütü hazırdır" işığı davamlı yanana
qədər qızmasını gözləyin.
Ərp Təmizləmə prosesi
başlamayıb.
Ərp Təmizləmə düyməsini
cihaz səs siqnalı verməyə
başlayana qədər 2 saniyə
basıb saxlamamısınız.
"Təmizlik və baxım" bölməsinə baxın.
Azərbaycan