Az
ə
rbaycanca
9
Azərbaycanca
Giriş
Alış-verişiniz üçün sizi təbrik edir və Philips-ə xoş gəlmisiniz deyirik! Philips-in təklif etdiyi dəstəkdən tam
şəkildə yararlanmaq üçün məhsulunuzu www.philips.com/MyVacuumCleaner səhifəsində qeydiyyatdan
keçirin.
Təhlükəsizliklə bağlı vacib məlumat
Cihazdan istifadə etməzdən əvvəl bu vacib məlumatları diqqətlə oxuyun və gələcəkdə istinad etmək üçün
saxlayın.
Təhlükə
-
Suyu və ya digər mayeni, tez alışan maddələri və ya isti külləri heç vaxt tozsoranla təmizləməyin.
Xəbərdarlıq
-
Cihazı qoşmamışdan əvvəl onun üzərində göstərilən gərginliyin yerli şəbəkə gərginliyinə uyğun olub-
olmadığını yoxlayın.
-
Ştepsel, elektrik kabeli və ya cihazın özü zədələnibsə, cihazı istifadə etməyin.
-
Şəbəkə kabeli zədələnibsə, təhlükəyə yol verməmək üçün onu Philips, Philips-in səlahiyyət verdiyi xidmət
mərkəzi və ya oxşar səlahiyyətə malik peşəkar şəxslər dəyişdirməlidir.
-
Şlanq, boru və ya hər hansı başqa aksesuarı gözlər və ya qulaqlara doğru aparmayın və ağzınıza
qoymayın.
-
Cihazı təmizləməmişdən və ya ona texniki qulluq etməmişdən əvvəl ştepsel rozetkadan çıxarılmalıdır.
-
Cihazı transformatorla birlikdə istifadə etməyin, çünki bu, təhlükəli vəziyyətlərə gətirib çıxara bilər.
-
Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud cihazın
istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəfindən o zaman istifadə oluna bilər ki, onlara
cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək üçün nəzarət
altında olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar. Uşaqlar cihazla
oynamamalıdırlar. Nəzarət olmadan uşaqlara təmizlik və ya istifadəçi baxımını həyata keçirmək icazəsi
verilməməlidir.
-
Bu tozsoran yalnız məişətdə istifadə üçün nəzərdə tutulub. Bu tozsoranı bina tullantıları, sement tozu, kül,
narın qum, əhəng və buna bənzər maddələri təmizləmək üçün istifadə etməyin. Hər hansı filtri olmadan
tozsoranı heç vaxt istifadə etməyin. Bu, onun mühərrikinə ziyan vura və tozsoranın ömrünü qısalda bilər.
Tozsoranın bütün hissələrini həmişə istifadəçi təlimatında göstərildiyi kimi təmizləyin. İstifadəçi təlimatında
xüsusi olaraq göstərilməyibsə, heç bir hissəni su və/və ya təmizləyici vasitələrlə təmizləməyin.
Diqqət
-
Yuyula bilən filtri su ilə təmizləsəniz, onu yenidən cihaza yerləşdirməzdən əvvəl tamamilə quruduğuna
əmin olun. Filtri birbaşa günəş işığında, radiatorda və ya quruducuda qurutmayın. Yuyula bilən filtri artıq
düzgün təmizləyə bilmirsinizsə və ya zədələnibsə dəyişdirin.
-
Tozsoranın toz saxlama və iş qabiliyyətini təmin etmək üçün həmişə filtrləri düzgün növlü orijinal Philips
filtrləri ilə əvəzləyin (Bax 'Aksesuarların sifarişi') .
-
TriActive LED ucluğu LED işıqlarından ibarətdir. işıq mənbəyinə birbaşa baxmayın (Şək. 1).
-
LED işıqlarını birbaşa insanların və ya ev heyvanlarının gözünə doğru yönəltməyin.
-
Ucluqları su və ya təmizləyici vasitələrlə təmizləməyin.
-
Maksimum küy səviyyəsi: Lc = 84 dB(A)
Summary of Contents for XB9185
Page 1: ...XB9185 ...
Page 2: ...BOOKLET_FoldoutPage_A5_bl pdf 1 01 05 20 09 39 ...
Page 3: ...1 2 ...
Page 4: ...emtypageinsideco ...
Page 24: ...24 Русский Относительная влажность 20 95 Атмосферное давление 85 109 kPa ...
Page 37: ...inside back page ...